
Sabiq UFC çempionu Həbib Nurməhəmmədov Avro-2020-dəki favoritlərini açıqlayıb.
GunAz.az xəbər verir ki, o, Belçika və İngiltərəni turnirin əsas favoritləri hesab edib:
"İki komandanın adını çəkəcəyəm - Belçika və İngiltərə. Bu komandaları bəyənirəm. Onların çox gənc futbolçuları var. Ola bilər ki, İngiltərə yeni heyətlə daha az oynayıb. Ancaq mənim üçün bu iki komanda turnirin favoritidir".