SON DƏQİQƏ
» » AVRO-2020: 1/4 final mərhələsinin HƏYƏCANI BAŞLAYIR

AVRO-2020: 1/4 final mərhələsinin HƏYƏCANI BAŞLAYIR

Tarix:

2-07-2021, 08:52

/ 2 834 dəfə oxundu.
AVRO-2020: 1/4 final mərhələsinin HƏYƏCANI BAŞLAYIR

Bu gün futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinə start veriləcək.

GunAz.az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçı Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda İsveçrə və İspaniya yığmaları arasında olacaq. Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüşü ingiltərəli FIFA referisi Maykl Oliver idarə edəcək. 1/8 finalda isveçrəlilər son dünya çempionu Fransanı, İspaniya isə həmin mundialın gümüş mükafatçısı Xorvatiyanı mübarizədən kənarlaşdırıb.

Günün digər oyununda isə turnirin favoritlərindən Belçika və İtaliya kollektivləri üz-üzə gələcəklər. Almaniyanın Münhen şəhərindəki eyniadlı stadionda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi sloveniyalı Slavko Vinçiç olacaq. İtaliya millisi əvvəlki raundda Avstriyanı üstələyib. Belçika seçməsi isə son Avropa çempionu Portuqaliyadan güclü olub.

Bu iki oyunun qalibi yarımfinalda bir-birinə rəqib olacaq.

Avropa çempionatı
1/4 final
20:00. İsveçrə - İtaliya
Baş hakim: Maykl Oliver (İngiltərə)
Sankt-Peterburq, "Sankt-Peterburq Arena"

23:00. Belçika - İtaliya
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Münhen, "Münhen Futbol Arenası"

Qeyd edək ki, 1/4 finalın digər oyunlarında Çexiya Danimarkanı, Ukrayna isə İngiltərəni sınağı çəkəcək. İlk oyun Bakı Olimpiya Stadionunda, ikinci qarşılaşma isə İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda keçiriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ