SON DƏQİQƏ

Premyer Liqa: "Neftçi" "Sumqayıt"a, "Qarabağ" "Keşlə"yə qarşı

Tarix:14-05-2021, 09:07 Oxunub:3 301

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçiriləcək.

"Report"un məlumatına görə, matçlardan 3-ü eyni saatda başlayacaq.

Günün ilk matçında isə "Qəbələ" "Sabah"ı qəbul edəcək. 25 xala malik komandalar 5-6-cı yerləri bölüşdürür. Sadəcə, "Sabah" ikili oyunlarda daha üstündür."Qəbələ" turnir cədvəlində irəlimək üçün mütləq qalib gəlməlidir.

İki komanda Premyer Liqada 10 dəfə üz-üzə gəlib. Bunların 4-də əyalət təmsilçisi, 5-də isə paytaxt klubu qələbə qazanıb. Topların nisbətində də "Sabah"ın üstünlüyü var - 12:10. Qonaqlar rəqibinə qarşı 5 oyundur meydanı qolsuz tərk etmir. Qəbələdəki son iki görüşdə 3 qol qeydə alınıb.

Çempionluğa iddialı komandalardan "Neftçi" "Sumqayıt"ın qonağı olacaq. "Ağ-qaralar" 53 xala malik lider "Qarabağ"dan bir xal geridədir. "Gənclik şəhəri" təmsilçisi 36 xalla üçüncüdür.

Çempionatdakı 34 oyundan 16-da flaqman, 14-də meydan sahibləri meydanı 3 xalla tərk edib. Topların nisbətində də "Neftçi" üstündür - 42:52. Qonaqlar Premyer Liqadakı son 4 oyunda qələbə qazana bilmir. "Sumqayıt” öz meydanındakı son 4 matçdan qalib ayrılmayıb.

Hazırda 54 lider olan son ölkə çempionu "Qarabağ" 23 xalla sonuncu - 8-ci pillədə gedən "Keşlə"ni qəbul edəcək. Bu, komandaların Premyer Liqada 66-cı dueli olacaq. Əvvəlki 65 qarşılaşmanın 30-da Ağdam klubu, 13-də paytaxt təmsilçisi qələbə qazanıb. Topların nisbətində də "köhlən atlar"ın aşkar üstünlüyü var - 83:42. "Qarabağ” son 10 oyunda rəqibinə uduzmayıb. Ağdamlıların son 4 ev matçında 3 və ya daha çox qol vurulub.

Günün digər görüşündə "Zirə" "Səbail"i qəbul edəcək. Meydan sahibləri 35 xalla 4-cü, "dənizçilər" isə 24 xalla 7-ci sıradadır. Çempionatda 14 oyunun 7-də "qartallar", 3-də isə qonaqlar 3 xal qazanıb. Topların nisbətində "Zirə" üstündür - 17:8. Komandalar arasında son iki Premyer Liqa matçında qol vurulmayıb. "Səbail” 5 oyundur rəqibinə qalib gələ bilmir.

Azərbaycan Premyer Liqası, XXVII tur

14 may (cümə)

Azərbaycan Premyer Liqasında XXVII turun oyunları üçün bütün təyinatlar müəyyənləşib.

Sportnet.az xəbər verir ki, FIFA referilərindən Rauf Cabbarov "Sumqayıt" - "Neftçi", Elçin Məsiyev "Qəbələ" - "Sabah" matçının baş hakimi olacaq.

Əvəzində Əliyar Ağayev "Qarabağ" - "Keşlə" görüşündə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Çimərlik futbolu üzrə beynəlxalq dərəcəli hakim İnqiklab Məmmədova isə "Zirə" - "Səbail" qarşılaşması tapşırılıb.

Azərbaycan Premyer Liqası, XXVII tur
14 may (cümə)

17:00. "Qəbələ” –"Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Qəbələ şəhər stadionu

19:00. "Zirə” – "Səbail”
Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Nahid Əliyev, Namiq Bəkirov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu

19:00. "Qarabağ” – "Keşlə”
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Eyyub İbrahimov, Əliyar Ağayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Kərim Ağayev
"Azersun Arena”

19:00. "Sumqayıt” – "Neftçi”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
"Kapital Bank Arena”.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<