SON DƏQİQƏ
» » "Neftçi" Səbail"in, "Sumqayıt" autsayderin qonağı olacaq

"Neftçi" Səbail"in, "Sumqayıt" autsayderin qonağı olacaq

Tarix:

8-05-2021, 09:16

/ 1 544 dəfə oxundu.
"Neftçi" Səbail"in, "Sumqayıt" autsayderin qonağı olacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

Tur "ASK Arena"da oynanılacaq "Keşlə" - "Sumqayıt" matçı ilə başlayacaq. Hazırda meydan sahibləri 23 xalla sonuncu, qonaqlar isə 33 xalla 4-cü pillədə qərarlaşıb.

Komandalar indiyədək 34 çempionat görüşündə üz-üzə gəliblər. Bunların 16-sı "Keşlə"nin, 8-i "Sumqayıt"ın xeyrinə başa çatıb. Topların nisbətində də paytaxt təmsilçisinin üstünlüyü nəzərə çarpır - 51:34. Son 4 görüşdə meydan sahibi olan komanda qələbə qazanmayıb. "Sumqayıt” son 6 səfər matçında qol sevinci yaşayıb.

Bu kollektivlər mayın 24-də Azərbaycan Kubokunun finalında da üz-üzə gələcəklər.

Günün son oyununda 50 xalla ikinci sırada yer alan "Neftçi" 24 xalla 7-ci olan "Səbail"in qonağı olacaq.

Bunadək Premyer Liqada iki klub arasında keçirilmiş 14 oyunun 2-də "dənizçilər", 9-da isə "ağ-qaralar" qələbə qazanıb. Flaqman bu görüşlərdə 30 qol vurubsa, Bayıl təmsilçisi cəmi 10 dəfə fərqlənib. İki komandanın şəxsi duellərində "Neftçi” 4 matçdır meydanı qolsuz tərk etmir. "Səbail” isə 7 oyundur qalib gələ bilmir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ