SON DƏQİQƏ
» » Olimpiya çempionumuz Tokio Olimpiadasında iştirak edə bilməyəcək

Olimpiya çempionumuz Tokio Olimpiadasında iştirak edə bilməyəcək

Tarix:

8-05-2021, 22:08

/ 1 459 dəfə oxundu.
Olimpiya çempionumuz Tokio Olimpiadasında iştirak edə bilməyəcək

Rio Olimpiadasının qalibi, dünya və ikiqat Avropa çempionu olan taekvondoçu Radik İsayev Tokio Yay Olimpiadasında çıxış edə bilməyəcək.

GunAz.az-ın xəbərinə görə, o, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa Olimpiya Təsnifat turnirinin +80 kq çəki dərəcəsinin yarımfinalında makedoniyalı Deyan Qeorqiyevskiyə 6:13 hesabı ilə uduzub.

 

Bununla da 31 yaşlı idmançı Olimpiadaya lisenziyanın bir addımlığında şansdan məhrum olub.

Qeyd edək ki, 2016-cı il Rio Olimpiadasından fərqli olaraq, Tokioda Azərbaycan taekvondoda iki idmançı ilə təmsil olunacaq. Bunlar Milad Beiqi və Fəridə Əzizovadır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ