SON DƏQİQƏ
» » Avropa çempionatı: Daha 3 taekvondoçumuz mübarizəyə başlayır

Avropa çempionatı: Daha 3 taekvondoçumuz mübarizəyə başlayır

Tarix:

10-04-2021, 09:46

/ 1 503 dəfə oxundu.
Avropa çempionatı: Daha 3 taekvondoçumuz mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha üç taekvondoçusu Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa çempionatında mübarizəyə başlayacaq.

GunAz.az-ın məlumatına görə, üçüncü yarış günündə 74 kq çəki dərəcəsində çıxış edən Ayxan Tağızadə 1/16 finalda Atman Bouthouyakla (Fransa) üz-üzə gələcək.

80 kq-da yarışan Avropa və ikiqat dünya çempionu Milad Beigi Hərçəqani 1/8 finalda David Simek (Çexiya) - Oleksandr Filippov (İsrail) cütünün qalibi ilə qarşılaşacaq.

Qadınların yarışında Fəridə Əzizova (67 kq) isə 1/8 finalda Natalia İuleva (Belarus) - Elin Johansson (İsveç) duelinin güclüsü ilə görüşəcək.

Qeyd edək ki, ilk yarış günündə Minayə Əkbərova (46 kq) bürünc medal qazanıb. Avropa çempionatına aprelin 11-də yekun vurulacaq. Azərbaycanı yarışda 11 taekvondoçu təmsil edir.


скачать dle 12.1

Şərhlər