SON DƏQİQƏ

Azərbaycan bir gündə 2 lizensiya qazandı

Tarix:

18-03-2021, 23:09

/ 1 388 dəfə oxundu.
Azərbaycan bir gündə 2 lizensiya qazandı

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirinin finalına yüksəlib.

GunAz.az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Moldova təmsilçisi Maksim Sakultana qalib gəlib.

3 qat dünya və Avropa çempionunu həlledici görüşə vəsiqə qazanmaqla, eyni zamanda Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Titullu idmançının finaldakı rəqibi ermənistanlı Vazgen Tevanyan olacaq.

57 kq-dakı İslam Bazarqanov isə yarımfinalda Georgi Valentinov Vangelova uduzaraq, həm qızıl medal, həm də lisenziya şansını əldən verib.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın 15 idmançısı olimpiadaya vəsiqə qazanıb.

***

Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirində yarımfinal görüşünə çıxıb.

125 kq-da mübarizə aparan Camaləddin Məhəmmədov almaniyalı Gennadi Kudinoviçlə qarşılaşıb.

Rəqibinə məğlub olan Məhəmmədov finala çıxa bilməyib. O, eyni zamanda Tokio olimpiadasına lisenziya şansını da əldən verib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ