SON DƏQİQƏ
» » Azərbaycanın daha bir qadın idmançısı Olimpiadaya lisenziya qazandı

Azərbaycanın daha bir qadın idmançısı Olimpiadaya lisenziya qazandı

Tarix:

7-05-2021, 22:23

/ 1 437 dəfə oxundu.
Azərbaycanın daha bir qadın idmançısı Olimpiadaya lisenziya qazandı

Azərbaycanın daha bir qadın idmançısı Tokio Olimpiadasına lisenziya qazanıb.

GunAz.az-ın xəbərinə görə, qadın güləşçimiz Elis Manolova 68 kq çəki dərəcəsində Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya Olimpiya Təsnifat turnirinin yarımfinalında Cəmilə Bakberqenovanı (Qazaxıstan) 5:3 hesabı ilə məğlub edərək finala çıxıb.

 

Bu, Avropa çempionu Elis Manolovanın Olimpiadaya vəsiqə qazanması üçün kifayət edib.
Bununla da Azərbaycan qadın güləşində Mariya Stadnikdən sonra ikinci, ümumilikdə güləşdə altıncı lisenziyasını qazanıb.

Qeyd edək ki, bu, Azərbaycanın rəsmiləşdirdiyi 19-cu lisenziya olub.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ