SON DƏQİQƏ
» » Tokioda dəhşətli istilər: Son 6 gündə ən azı 39 nəfər öldü

Tokioda dəhşətli istilər: Son 6 gündə ən azı 39 nəfər öldü

Tarix:

7-08-2019, 19:12

/ 1 970 dəfə oxundu.
Tokioda dəhşətli istilər: Son 6 gündə ən azı 39 nəfər öldü

Tokio polisinin yaydığı məlumata görə, avqustun ilk altı günündə istilər nəticəsində Yaponiya paytaxtında ən azı 39 nəfər ölüb.

GunAz.az xəbər verir ki, vəfat edənlərin 90 faizi 40-90 yaşında insanlardır və onlar qapalı yerdə olmalarına baxmayaraq, günvurmanın təsirinə məruz qalıblar.

Bildirilir ki, belə hallardan yalnız birində kondisionerin işlədiyi qeydə alınıb.

İyulun 7-də bütün Yaponiya ərazisində isti hava hökm sürüb. Bir çox rayonlarda termometrin civə sütunu 35 dərəcə Selsidən yuxarını göstərib.

Mütəxəssislər əhaliyə günəşdən qorunmağı, çoxlu su içməyi və kondisionerdən istifadə etməyi məsləhət görürlər.

N.SAFURA

скачать dle 12.1

Şərhlər