SON DƏQİQƏ

İspaniyada 30 nəfər istinin qurbanı oldu

Tarix:

16-08-2018, 19:58

/ 10 260 dəfə oxundu.
İspaniyada 30 nəfər istinin qurbanı oldu

İspaniyada müşahidə edilən anomal istilər səbəbindən iyul ayından bəri 30 nəfər ölüb.

GunAz.az xəbər verir ki,  Təkcə Kataloniyada iyulun 24-dən bəri 13 kişi və 10 qadın isti havaların qurbanı olub. Onlardan ən cavanının 41, ən yaşlısının isə 100 yaşı olub. 67 nəfər günvurmadan əziyyət çəkib.

Bununla yanaşı, yerli KİV İspaniyanın digər bölgələrində ölənlər barədə məlumatlar yayıb. Belə ki, Estremadurada 4, Mursiyada 2, Əndəlusiyada isə 1 nəfər ölüb.

İspaniyada ən güclü istilər 2-7 avqust aralığında qeydə alınıb. Bu ayın əvvəlində ölkənin bəzi bölgələrində istilik 44-46 dərəcəyə çatıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ