SON DƏQİQƏ
» » “Mançester Yunayted”in zədəliləri çoxaldı

“Mançester Yunayted”in zədəliləri çoxaldı

Tarix:

5-03-2019, 18:35

/ 10 324 dəfə oxundu.
“Mançester Yunayted”in zədəliləri çoxaldı

İngiltərənin "Mançester Yunayted” klubu daha bir ciddi itki ilə üzləşib.

Premyer Liqa klubunun hücumçusu Aleksis Sançes uzun müddətə sıradan çıxıb. "Sauthempton”la oyunda zədələnən futbolçunun 6-8 həftə yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.
Xatırladaq ki, "qırmızı şeytanlar”ın heyətində zədəlilərin sayı onsuz da çox idi. Belə ki, Nemanya Matiç, Ander Errera, Xuan Mata, Antoni Marsyal, Cessi Linqard, Matteo Darmian, Antonio Valensiya da zədə səbəbindən UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində Fransa çempionu PSJ-yə qarşı keçiriləcək cavab oyununda meydana çıxmayacaq. Xəstəlikdən əziyyət çəkən Fil Cons yenicə sağalıb və onun da komandasına kömək edə bilməyəcəyi bildirilir. Pol Poqba isə PSJ ilə ilk oyunda qırmızı vərəqə aldığına görə cəzalıdı.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ