SON DƏQİQƏ

İbrahimoviç “Mançester Yunayted”dən getdi

Tarix:

23-03-2018, 09:00

/ 10 576 dəfə oxundu.
İbrahimoviç “Mançester Yunayted”dən getdi

İngiltərənin “Mançester Yunayted” futbol klubu Zlatan İbrahimoviçlə yollarını ayırıb.

Gunaz.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb:

“Komandada hər kəs Zlatana onun əməyi üçün təşşəkürlərini bildirir və ona gələcək karyerasında uğurlar arzulayır”.

İbrahimoviç 2016-cı ilin yayında fransanın “PSJ” klubundan “Mançester Yunayted”-ə azad agent qismində keçib. Bu mövsüm 36 yaşlı hücumçu İngiltərə Premyer liqasının yalnız 5 oyununda meydana çıxıb. İbrahimoviçin klubla müqaviləsi gələn yay başa çatacağdı.

Daha öncə jurnalistlər isveçli futbolçunun karyerasını amerikalı "Los Ancels Qeleksi" klubunda davam etdirəcəyi haqqında xəbər yaymışdılar.

 

скачать dle 12.1

Şərhlər