SON DƏQİQƏ
» ÇL, 1/8 final: Ingilislər İspanlara, İtalyanlar Ukraynalılara qarşı

ÇL, 1/8 final: Ingilislər İspanlara, İtalyanlar Ukraynalılara qarşı

Tarix:

13-03-2018, 09:28

/ 10 271 dəfə oxundu.
ÇL, 1/8 final: Ingilislər İspanlara, İtalyanlar Ukraynalılara qarşı

Bu gün futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsində növbəti cavab oyunları keçiriləcək.

Gunaz.az xəbər verir ki, İngiltərə və İtaliyada baş tutacaq matçlardan sonra daha iki komanda 1/4 finala vəsiqə qazanacaq. İspaniyada “Sevilya” ilə qolsuz heç-heçə edən “Mançester Yunayted” üstünlük əldə edib. Səfərdə istənilən qollu heç-heçə İngiltərə təmsilçisinin işinə yarayacaq.

Ukraynada “Şaxtyor”a 1:2 hesabı ilə yenilən “Roma” revanş arzusundadır. Cari mövsümdə “Qarabağ”la eyni qrupda yer alan “canavarlar” doğma meydanda bunu bacara bilər.

Qeyd edək ki, İspaniyanın “Real Madrid”, İtaliyanın “Yuventus”, İngiltərənin “Liverpul” və “Mançester Siti” komandaları 1/4 finala vəsiqəni təmin ediblər.

Çempionlar Liqası. 1/8 final, cavab oyunları

23:45. “Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya)

Baş hakim: Danni Makkeli (Hollandiya)

İlk oyun – 0:0

23:45. “Roma” (İtaliya) – “Şaxtyor” (Ukrayna)

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

İlk oyun - 1:2

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ