Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına start veriləcək.
GunAz.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində 8 qrupda qərarlaşan 32 komanda növbəti mərhələyə vəsiqə qazanmaq üçün mübarizə aparacaq.
Türkiyənin yeganə təmsilçisi "Qalatasaray" 15-ci mövsümünü keçirəcək. "Sarı-qırmızılar"ın ilk turda rəqibi Rusiya çempionu "Lokomotiv" (Moskva) olacaq. İstanbuldakı "Türk Telekom" stadionunda təşkil olunacaq görüşü Canluka Rokkinin rəhbərliyi ilə italiyalı hakimlər briqadası idarə edəcək.
23:00-da başlayacaq həmin oyunu "CBC sport" telekanalında izləmək mümkün olacaq.
Çempionlar Liqasının finalçısı İngiltərənin "Liverpul" komandası Fransa PSJ-sini qəbul edəcək. Avropa Liqasının son qalibi İspaniya "Atletiko"su isə "Monako"nun qonağı olacaq.
Çempionlar Liqası, I tur
18 sentyabr
A qrupu
23:00. "Monako" (Fransa) - "Atletiko" (Madrid, İspaniya)
23:00. "Brügge" (Belçika) - "Borussiya" (Dortmund, Almaniya)
B qrupu
20:55. "İnter" (İtaliya) - "Tottenhem" (İngiltərə)
20:55. "Barselona" (İspaniya) - PSV (Eyndhoven, Hollandiya)
C qrupu
23:00. "Srvena Zvezda" (Serbiya) - "Napoli" (İtaliya)
23:00. "Liverpul" (İngiltərə) - PSJ (Fransa)
D qrupu
23:00. "Şalke" (Almaniya) - "Portu" (Portuqaliya)
23:00. "Qalatasaray" (Türkiyə) - "Lokomotiv" (Moskva, Rusiya)
Qeyd edək ki, 2018-2019 mövsümündə Çempionlar Liqasının finalı İspaniyanın paytaxtı Madriddəki "Vanda Metropolitano" stadionunda təşkil olunacaq.