Bu gün Avropa Liqası 1/8 final mərhələsinin ilk oyunları baş tutacaq.
Gunaz.az xəbər verir ki, liqanın ən həyəcanlı qarşılaşması “Milan”ın Çempionlar Liqasındakı əzəli rəqibi "Arsenal"a qarşı keçirəcəyi oyun olacaq.
Maraqlısı odur ki, uzun illər dünyanın ən prestijli liqasında görüşən rəqiblər bu dəfə Avropa liqasında üzləşəcək.
Çempionlar Liqasının qrup mərhələsində yeganə təmsilçimiz olmuş"Qarabağ"la eyni qrupda mübarizə aparan "Atletiko" isə Madriddə Moskva təmsilçisi "Lokomotiv"lə qarşılaşacaq.
Avropa Liqası
8 mart
1/8 final, ilk oyunlar
22:00
"Milan" (İtaliya) - "Arsenal" (İngiltərə)
"Atletiko" (Madrid, İspaniya) - "Lokomotiv" (Rusiya)
MOİK (Rusiya) - "Lion" (Fransa)
"Borussiya" (Almaniya) - "Zalsburq" (Avstriya)
9 mart
00:05
"Marsel" (Fransa) - "Atletik Bilbao" (İspaniya)
"Latsio" (İtaliya) - "Dinamo" (Ukrayna)
"Sportinq" (Portuqaliya) - "Viktoriya" (Çexiya)
"Leyptsiq" (Almaniya) - "Zenit" (Rusiya)