SON DƏQİQƏ

"Qəbələ" çempionatdan imtina etdi-RƏSMİ

Tarix:

4-08-2018, 17:23

/ 10 375 dəfə oxundu.
"Qəbələ" çempionatdan imtina etdi-RƏSMİ

"Qəbələ" əvəzedici  komandasının birinci divizionda iştirakından imtina edib.

Qol.az-ın xəbərinə görə, klub rəhbərliyi əlavə maliyyə itkisinə yol verməmək üçün belə qərar verib. Bununla bağlı AFFA və PFL də məlumatlandırılıb.

Hazırda AFFA, PFL-in  "Qəbələ" rəhbərliyini fikrindən daşındırmaq üçün danışıqlar apardığı bildirilir.


Qol.az-ın əldə etdiyi xəbərə görə, "Qəbələ" yalnız 1-ci liqada iştirakdan imtina etməklə bağlı müraciət edib. Klubun aşağı yaş qrupu üzrə digər komandaları isə çempionatlarda iştiraklarını davam etdirəcəklər.

Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev Qol.az-a açıqlamasında məlumatı təsdiqləyib. "Hazırda "Qəbələ" ilə danışıqlar gedir. Danışıqların nəticəsi gələn həftə bilinəcək" - deyə o qeyd edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ