SON DƏQİQƏ
» » Xorvatiyalı futbolçu DÇ-nin medalından imtina etdi – FOTO

Xorvatiyalı futbolçu DÇ-nin medalından imtina etdi – FOTO

Tarix:

20-07-2018, 22:58

/ 10 315 dəfə oxundu.
Xorvatiyalı futbolçu DÇ-nin medalından imtina etdi – FOTO

Xorvatiya millisinin futbolçusu Nikola Kaliniç bu il Rusiyada keçirilən dünya çempionatının medalını qəbul etməkdən boyun qaçırıb.

Oxu.Az-ın verdiyi xəbərə görə, o, komanda yoldaşlarına minnətdarlığını bildirərək deyib:
“Amma mən Rusiyada oynamamışam”.

Xorvatiya komandasının hücumçusu DÇ-də qrup mərhələsinin birinci oyunundan sonra baş məşqçinin qərarı ilə heyətdən kənarlaşdırılıb. Buna səbəb isə Kaliniçin belində baş qaldıran ağrılar səbəbi ilə Nigeriya ilə görüşə çıxmaqdan imtina etməsidir.

DÇ-nin yekunlarına görə xorvatlar ikinci yeri tutublar. Final qarşılaşmasından sonra komanda yoldaşları Kaliniçə də medal vermək istəyiblər. Lakin futbolçu bundan imtina edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ