SON DƏQİQƏ
» » "Real Madrid" Ronaldoya yeni müqavilə təklif edib

"Real Madrid" Ronaldoya yeni müqavilə təklif edib

Tarix:

10-06-2018, 10:07

/ 10 328 dəfə oxundu.
"Real Madrid" Ronaldoya yeni müqavilə təklif edib

İspaniya futbol klubu "Real Madrid" portuqaliyalı hücumçu Kriştianu Ronaldoya yeni müqavilə təklif edib.

Gunaz.az bildirir ki, yeni müqavilədə hücumçunun maaşı 32,5 milyon avro həcmində nəzərdə tutulub.

Portuqaliyanın baza maaşı 25 milyon avrodur. Bununla, "Real" futbolçuya mükafatlar ödəməyə də hazırdır: Çempionlar Liqasında qələbəyə görə - 2 milyon avro, İspaniya Çempionatında qələbəyə görə - 1,5 milyon avro, 1 milyon avro - futbolçu "Qızıl top"u aldığı təqdirdə və İspaniya kubokua görə - 1 milyon avro.

Qeyd olunur ki, müqavilədə nəzərdə tutulan oyunçunun transfer qiyməti 1 milyard avro həcmindədir. "Mundo Deportivo"nun məlumatına görə, Ronaldo, onun maaşı 40 milyon avroya qaldırılmadığı halda, klubdan kənarlaşmağı planlaşdırır.

Xatırladaq ki, "Real Madrid" 2017/18 mövsümündə Çempionlar Liqasının qalibi olub. Portuqaliyalı hücumçu klubun heyətində 44 oyun keçirib, 44 qol vurub və 8 məhsuldar ötürmə edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ