SON DƏQİQƏ

Messi La Liqa tarixinə düşdü

Tarix:

30-04-2018, 14:14

/ 10 338 dəfə oxundu.
Messi La Liqa tarixinə düşdü

İspaniya çempionatının 35-ci turunda "Deportivo" ilə matçda het-trik edən "Barselona"nın lideri Lionel Messi cari mövsümdəki qollarının sayını 30-a çatdırıb.

Bununla da argentinalı forvard La Liqa tarixində 7 mövsüm (2009/10, 2010/11, 2011/12, 2012/13, 2014/15, 2016/17, 2017/18) 30 qol həddini keçən ilk futbolçu olub.

Maraq üçün deyək ki, "Real"ın hücumçusu Kriştiano Ronaldo 6 mövsümdə (2010/11, 2011/12, 2012/13, 2013/14, 2014/15, 2015/16) bu göstəriciyə nail olub. Cari mövsümdə portuqaliyalı futbolçunun aktivində 24 qol var.

 

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ