"Barselona"nın argentinalı hücumçusu Lionel Messi futbol üzrə İspaniya Kubokunun 1/8 finalında "Selta" ilə keçirilən oyunun birinci hissəsində dubl edib.
Gunaz.az -a verilən məlumata görə, Messi turnirdə vurduğu qolların sayını 46-ya çatdıraraq, Kubok tarixinin ən yaxşı on bombardiri sırasına daxil olub.
Hazırda reytinqdə birinci yeri hücumçu Telmo Sarra tutur. O, 1939-1957-ci illər ərzində 81 qol vurub.