SON DƏQİQƏ

18 yaşlı hücumçu malyariyadan öldü

Tarix:

22-04-2018, 16:30

/ 10 311 dəfə oxundu.
18 yaşlı hücumçu malyariyadan öldü

Malavinin U-20 yığmasında çıxış edən Abel Mvakilama serebral malyariyadan dünyasını dəyişib.

Gunaz.az goal.az-a istinadən xəbər verir ki, 18 yaşlı hücumçu bir neçə gün öncə Portuqaliyanın aşağı dəstə təmsilçisi "Esmoris" klubunun düşərgəsinə gəlmişdi. Gənc futbolçu təxminən 3 həftə öncə Malavidə malyariya xəstəliyinə yoluxubmuş. Portuqaliyada xəstəxanaya çatdırılan Mvakilama aprelin 20-də vəfat edib.

O, ölkəsində Chitipa United klubunun şərəfini qoruyub. Bu komandanın heyətində hücumçu 37 qol vurub.

скачать dle 12.1

Şərhlər