Norveç millisinin üzvü Tarik Elyunussi “Qarabağ”dan ayrılmaq üzrədir. İcarə əsasında Ağdam təmsilçisində çıxış edən 29 yaşlı futbolçu yaxın günlərdə klubun sıralarını tərk edə bilər.
Gunaz.az xəbər verir ki, "atlılar"ın əsas komandasında heyətə düşə bilməyən yarımmüdafiəçi İsveçin AİK klubu ilə anlaşıb. Futbolçunun müqavilə ilə məxsus olduğu "Olimpiakos" klubunun bu transfer üçün AİK-dən 1 milyon avro təzminat istədiyi bildirilib. Yaxın günlərdə danışıqların yekunlaşacağı gözlənilir.
Qeyd edək ki, uzun müddətdir zədəli olan Norveç millisinin üzvü ötən ilin yayından çıxış etdiyi "Qarabağ"da cəmi 8 oyun keçirib.