SON DƏQİQƏ

Dünyaca məşhur futbolçu səfir oldu

Tarix:

10-04-2018, 12:20

/ 10 413 dəfə oxundu.
Dünyaca məşhur futbolçu səfir oldu

İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) səfiri təyin olunub.

Gunaz.az xəbər verir ki, bunu təşkilatın baş katibi Zurab Pololikaşvili İspaniya La Liqasının XXXI turunda keçirilən "Barcelona" - "Leganes" (3:1) matçından sonra açıqlayıb.

Argentinalı futbolçu yeni vəzifəsi haqqında da danışıb: "Səyahət mənə başqa mədəniyyətləri və cəmiyyətləri araşdırmağa kömək etdi. BMT-nin Ümumdünya Turizm Təşkilatı turizmin inkişafının bir mənbəyinin olmasını istəyir. Bu işə qoşulduğum üçün çox şadam".

скачать dle 12.1

Şərhlər