SON DƏQİQƏ

Messi üçüncü dəfə oğul atası oldu

Tarix:

10-03-2018, 17:55

/ 10 394 dəfə oxundu.
Messi üçüncü dəfə oğul atası oldu

İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi La-Liqanın 28-ci turu çərçivəsində “Malaqaya” qarşı matçda meydana çıxa bilməyəcək. Buna səbəb futbolçunun övladının dünyaya gəlməsidir.

Gunaz.az-ın verdiyi məlumata görə, Messinin həyat yoldaşı Antonella gecə saatlarında oğlan uşağı dünyaya gətirib. Cütlük körpəyə Çiro adını verib.

Qeyd edək ki, Messinin Tyaqo (4 yaş) və Mateo (1 yaş) adlı daha iki oğlu var.

скачать dle 12.1

Şərhlər