SON DƏQİQƏ
» » Rəşad Sadıqov bütün dünyaya “Qarabağ”dan danışdı

Rəşad Sadıqov bütün dünyaya “Qarabağ”dan danışdı

Tarix:

5-12-2017, 20:56

/ 1 031 dəfə oxundu.
Rəşad Sadıqov bütün dünyaya “Qarabağ”dan danışdı

Xəbər verdiyimiz kimi, bu gün "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində son oyununu səfərdə "Roma" komandasına qarşı keçirəcək.

Gunaz.az xəbər verir ki, komandanın kapitanı Rəşad Sadıqov UEFA-nın rəsmi saytına "Qarabağ"ın liqadakı işritakı ilə bağlı açıqlama verib:

"Avropa ölkələrində hər bir klub Çempionlar Liqasının əsas mərhələsində oynamaq istəyir. Bu, futbolun inkişafına təkan verir. Hər kəs qrupa düşdüyümüz vaxt başqa cür sevindi və bunu hamı gördü. Azərbaycanda futbol sevgisi 5 dəfə gücləndi. Futbol haqqında söhbətlər başladı. Uşaqlar, qadınlar, yaşlı nəsil, bir sözlə, hər kəs bizim oyunlarımızı müzakirə edirdi. Bu irəliyə atılmış vacib addım idi. 8 il ərzində sistemli şəkildə inkişaf etdik və Çempionlar Liqasının qrup mərhələsinə düşdük. Rəqiblərimizə gəldikdə, bu komandalarla Avropa Liqasında görüşə bilərik, yoldaşlıq oyunlarında oynaya bilərik. Belə güclü millilərə qarşı yığmada da oynamışıq. Amma Çempionlar Liqası xüsusi bir şeydir. "Çelsi", "Roma", "Atletiko" ilə oyunlar ciddi sınaq, təcrübə və məktəbdir. Bu ilk addımlarını atan Azərbaycan futbolu üçün tarixdir. Qurban Qurbanov komandanı formalaşdırır və biz onun oyun fəlsəfəsini həyata keçirməyə çalışırıq. Mən deyə bilərəm ki, "Qarabağ"ın nümayiş etdirdiyi oyun Qurban Qurbanovun təbiətini əks etdirir. Qurbanovu aşağıdakı sözlərlə izah edə bilərəm: Nəcib, mehriban, səmimi, təvazökar insan. Komandamız bu cür adamlardan formalaşır. Rəqiblərə hörmətlə yanaşırıq və ədalətli oyun prinsiplərinə əməl edirik. Müdafiədə oturmağı sevmirik və hücum futbolu oynayırıq".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ