SON DƏQİQƏ
» » "Qarabağ"ın "Roma"dan xal alacağına inanmalıyıq" Dieqo Simeone

"Qarabağ"ın "Roma"dan xal alacağına inanmalıyıq" Dieqo Simeone

Tarix:

23-11-2017, 12:28

/ 1 026 dəfə oxundu.
"Qarabağ"ın "Roma"dan xal alacağına inanmalıyıq" Dieqo Simeone

"Reallıq budur ki, "Roma" "Qarabağ"dan güclüdür".
Gunaz.az "Report"a istinadən xəbər verir ki, bunu İspaniyanın "Atletiko" klubunun baş məşqçisi Dieqo Simeone "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinin son turunda İtaliyada "Roma" ilə keçirəcəyi oyun barədə danışarkən deyib. Argentinalı mütəxəssis Azərbaycan təmsilçisinin səfərdə "Roma"ya qalib gələcəyinə o qədər də əmin olmadığını bildirib.
Lakin o futbolda gözlənilməz halların da baş verdiyini əlavə edib: "Biz inanmalı, son turda "Çelsi"yə İngiltərədə qalib gəlməli, sonra isə taleyimizin necə olacağını görməliyik. Gözləyək və baxaq".
Qeyd edək ki, C qrupunda 5 turdan sonra "Çelsi" 10 xalla qrup lideridir və 1/8 finala vəsiqəni təmin edib. Qrupdan ikinci vəsiqə uğrunda 8 xala malik "Roma" ilə 6 xalı olan "Atletiko" mübarizə aparır. 2 xalı olan "Qarabağ" isə Avropa Liqasının 1/16 final mərhələsinə vəsiqə verən 3-cü pillədən də məhrum olub. "Atletiko" ikinci yeri tutmaq üçün sonuncu turda "Çelsi"yə səfərdə qalib gəlməli, "Roma" isə "Qarabağ"la görüşdə xal itirməlidir. 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ