SON DƏQİQƏ

Yılmaz Vural “Qarabağ”dan DANIŞDI

Tarix:

21-10-2017, 15:52

/ 1 387 dəfə oxundu.
Yılmaz Vural “Qarabağ”dan DANIŞDI

“Qardaşlığımıza ziyan gətirəcək addımlar atmaq olmaz. Biz “Qarabağı və “Qarabağ” klubunu çox sevirik”.

Diaspor fəalı Elnur Eltürk Publika.az-a deyib ki, bu sözləri Türkiyənin məşhur futbol məşqçisi Yılmaz Vural “Sabah” qəzetinin “Qarabağ” klubunun azarkeşləri ilə bağlı yaydığı yazıya münasibət bildirərkən dilə gətirib.

Y.Vural bunları deyib: “İki qardaş ölkənin əlaqələrinə zərər gətirən yazılar yazmaq qətiyyən olmaz. Azərbaycan insanını bizi necə sevdiyini Bakıda səfərdə olarkən gördüm. Bu, sevgini zəiflədəcək yazılar onları üzür və dərindən sarsıdır. Türkiyədə milyonlarla Azərbaycanı sevən var. Dünən sosial şəbəkələrdə də “Sabah” qəzetinə gedən yazıya əsaslı və tutarlı cavab verildi. Məncə, bu reallığı “Sabah”ın rəhbərliyi gələcək yazılarına diqqət edəcəklər”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ