
“Latsio”nun mərkəz müdafiəçisi Mario Hila karyerasını “Milan”da davam etdirəcək.
GunAz.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, “rossonerilər” transfer şərtləri barədə romalılarla razılığa gəliblər. Qeyd edək ki, transfer məbləğinin yarısı oyunçunun karyerasına başladığı “Real Madrid”ə gedəcək.
Başqa bir məlumatlı mənbə Canluki Di Martsio bildirib ki, görə, sövdələşmənin dəyəri təxminən 30 milyon avrodur.
Bildirilir ki, Mario Hila “Milan”la beş illik müqavilə imzalayıb. İspaniyalı futbolçu 2022-ci ildən bəri “Latsio”nun şərəfini qoruyur. Ötən mövsüm 25 yaşlı futbolçu “qartallar”ın heyətində bütün yarışlarda 36 oyunda iştirak edib və qol vurmayıb.






























