SON DƏQİQƏ

Qonşusunu bıçaqladı, amma cəza almadı

Tarix:

Bu gün, 15:06

/ 3 242 dəfə oxundu.
Qonşusunu bıçaqladı, amma cəza almadı

Bakının Sabunçu rayonunda 38 yaşlı kişi qonşusuna xəsarət yetirib.
GunAz.az
-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü İdrak qonşusu Əhməd (adlar şərtidir – red.) ilə mübahisə edib.
İdrak evinin giriş hissəsində qonşuluqda yaşayan tanışı Əhmədin nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən əlində olan mətbəxdən götürdüyü bıçaqla onun qol nahiyəsindən bir dəfə zərbə vurub.
Faktla bağlı İdrakın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət təqibinə xitam verilib.
скачать dle 12.1

Şərhlər