SON DƏQİQƏ
» » Beş güləşçimiz "Çempionlar" turnirinin ilk günündə medal qazanıb

Beş güləşçimiz "Çempionlar" turnirinin ilk günündə medal qazanıb

Tarix:

18-04-2026, 22:27

/ 3 352 dəfə oxundu.
Beş güləşçimiz "Çempionlar" turnirinin ilk günündə medal qazanıb

Türkiyənin Antalya şəhərində U-20 yaş qrupu üzrə keçirilən "Çempionlar" turnirinin ilk günündə Azərbaycanın beş güləşçisi fəxri kürsüyə yüksəlib.
GunAz.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
Sərbəst güləşdə Hacı Kərimov (70 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq çempion olub. Muhamməd İsmayılov (57 kq) isə bürünc medal qazanıb.
Yunan-Roma güləşində Roman Kərimov (67 kq) rəqiblərinə şans tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni çəkidə çıxış edən Murad Əliyev bürünc medalı boynundan asıb. Cavidan Nəhmətov (77 kq) isə turniri gümüş medalla başa vurub.
скачать dle 12.1

Şərhlər