SON DƏQİQƏ
» » "Traktor"un Çempionlar Liqasında 4-cü QƏLƏBƏSİ

"Traktor"un Çempionlar Liqasında 4-cü QƏLƏBƏSİ

Tarix:

23-12-2025, 09:03

/ 3 156 dəfə oxundu.
"Traktor"un Çempionlar Liqasında 4-cü QƏLƏBƏSİ

"Traktor" Asiya Çempionlar Liqasının əsas mərhələsində ardıcıl dördüncü qələbəsini qazanıb.
GunAz.az xəbər verir ki, Təbriz komandası öz meydanında Qətərin “Əl-Duhail” klubu ilə qarşılaşıb.
İlk hissədən sonra hesabda geridə olsa da, “Traktor” fasilədən sonra geridönüş edərək əzmkar qələbə qazanıb: 2-1.
Bu nəticə ilə “Traktor” 14 xalla turnir cədvəlində 2-ci pilləyə yüksəlib. Bu qələbə sayəsində Təbriz klubu həm də pley-offa vəsiqəni təmin edib.
скачать dle 12.1

Şərhlər