SON DƏQİQƏ

"Traktor" MÖHTƏŞƏMDİR

Tarix:

25-11-2025, 09:04

/ 2 982 dəfə oxundu.
"Traktor" MÖHTƏŞƏMDİR

Asiya Çempionlar Liqasının “Elita” mərhələsində çıxış edən Təbrizin “Traktor” klubu növbəti oyununu keçirib.
GunAz.az bildirir ki, B qrupunda yer alan klub beşinci turda Özbəkistanın “Nasaf” klubu ilə qarşılaşıb. Özbəkistanda keçirilən oyun 1:0 hesabı ilə təbrizlilərin xeyrinə başa çatıb.
Yeganə qolu 17-ci dəqiqədə Regi Luşkiya vurub.
“Traktor” 5 oyundan sonra 11 xalla qrup üçüncüsü mövqeyindədir. İlk iki yerdə Səudiyyə Ərəbistanının “Əl Hilal” və “Əl Əhli” klubları qərarlaşıblar.
скачать dle 12.1

Şərhlər