SON DƏQİQƏ

"Atletiko" verilən təklifləri rədd etdi

Tarix:

4-09-2025, 21:29

/ 3 142 dəfə oxundu.
"Atletiko" verilən təklifləri rədd etdi

"Mançester Yunayted" "Atletiko"nun futbolçusu Konor Qallaxer üçün təklif göndərib. 
Gunaz.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 
İspaniya klubu sözügedən təklifi rədd edib. Buna səbəb Madrid təmsilçisinin 25 yaşlı müdafiəçini icarə vermək istəməməsidir. 
Bildirilir ki, eyni hal "Atletiko" ilə "Kristal Pelas" arasında da yaşanıb. 
Qeyd edək ki, Konor Qallaxerin Madrid klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir. 
скачать dle 12.1

Şərhlər