SON DƏQİQƏ
» » Mançestr Yunayted Rusiyanın uçuş şirkətindən niyə imtina etdi?

Mançestr Yunayted Rusiyanın uçuş şirkətindən niyə imtina etdi?

Tarix:

23-02-2022, 09:21

/ 1 294 dəfə oxundu.
Mançestr Yunayted Rusiyanın uçuş şirkətindən niyə imtina etdi?

İngiltərənin "Mançester Yunayted" klubu İspaniyada "Atletiko"ya qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununa Rusiyanın "Aeroflot” aviaşirkəti ilə səyahət etməyib.

Buna Ukraynada gərginliyin artması fonunda yaranan qorxu səbəb olub.

Qərar "Aeroflot”la qarşılıqlı şəkildə qəbul edilib. Lakin onların kommersiya tərəfdaşlığı dəyişməz qalır. İspaniyaya çarter reysi ləğv edilib və "qırmızı-şeytanlar" Madridə Britaniyanın "Titan Airways" aviaşirkəti ilə gedib.

"Mançester Yunayted" daha əvvəl uzunmüddətli müqaviləyə görə avrokubok matçlarına Rusiya aviaşirkəti ilə yollanıb.

Qeyd edək ki, "Atletiko" - "Mançester Yunayted" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ