SON DƏQİQƏ
» » "Başakşehir"in çətin "Mançester Yunayted" QARŞILAŞMASI-AFİŞA

"Başakşehir"in çətin "Mançester Yunayted" QARŞILAŞMASI-AFİŞA

Tarix:

4-11-2020, 08:53

/ 4 492 dəfə oxundu.
"Başakşehir"in çətin "Mançester Yunayted" QARŞILAŞMASI-AFİŞA

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində III turun digər oyunları keçiriləcək.

GunAz.az-ın məlumatına görə, ikinci oyun günündə 4 qrupda 8 qarşılaşma gerçəkləşəcək.

Azərbaycanın U-21 millisinin üzvü Emre Kaplanın çıxış etdiyi Türkiyənin "Başakşehir" klubu İstanbulda İngiltərənin "Mançester Yunayted" komandasını qəbul edəcək. H qrupunun digər matçında turnirin son finalçısı Fransa PSJ-si Almaniyada "Leyptsiq”in qonağı olacaq.

G qrupunun II turunda İtaliyada İspaniya "Barselona"sına 0:2 hesabı ilə uduzmuş "Yuventus" Macarıstanda "Ferenstvaroş”la üz-üzə gələcək.

Kataloniya təmsilçisi isə evdə Ukraynanın "Dinamo" (Kiyev) komandasını sınağa çəkəcək.

Çempionlar Liqası, qrup mərhələsi

III tur

4 noyabr
E qrupu
00:00. "Sevilya” (İspaniya) – "Krasnodar” (Rusiya)
00:00. "Çelsi” (İngiltərə) – "Renn” (Fransa)

 

Xal durumu: "Çelsi” - 4, "Sevilya” - 4, "Krasnodar” - 1, "Renn” - 1

F qrupu
21:55. "Zenit” (Rusiya) – "Latsio” (İtaliya)
00:00. "Brügge” (Belçika) – "Borussiya” (Dortmund, Almaniya)

 

Xal durumu: "Latsio” - 4, "Brügge” - 4, "Borussiya” - 3, "Zenit” - 0

G qrupu
00:00. "Barselona” (İspaniya) – "Dinamo” (Kiyev, Ukrayna)
00:00. "Ferenstvaroş” (Macarıstan) – "Yuventus” (İtaliya)

 

Xal durumu: "Barselona” - 6, "Yuventus” - 3, "Dinamo” - 1, "Ferentsvaroş" - 1

H qrupu
21:55. "Başakşəhər” (Türkiyə) – "Mançester Yunayted” (İngilıtərə)
00:00. "Leyptsiq” (Almaniya) – PSJ (Fransa)

 

Xal durumu: "Mançester Yunayted” - 6, PSJ - 3, "Leyptsiq” - 3, "Başakşehir” - 0.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ