Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə stat veriləcək.
GunAz.az bildirir ki, ilk oyun günündə 4 qrupda 8 qarşılaşma keçiriləcək.
Azərbaycanın U-21 millisinin üzvü Emre Kaplanın çıxış etdiyi Türkiyənin "Başakşehir" klubu da ilk matçına çıxacaq. İstanbul təmsilçisi Almaniyada "Leyptsiq"in qonağı olacaq. 2019/2020 mövsümündə Türkiyə Super Liqasının qalibi olan komanda qitənin bir nömərli klub turnirinin qrup mərhələsində debüt edəcək. Bu qrupun digər qarşılaşmasında. PSJ Fransada İngiltərə "Mançester Yunayted"ini qəbul edəcək.
A qrupunda mübarizə aparan Avropa Liqasının son qalibi İspaniya "Sevilya"sı İngiltərədə "Çelsi"nin qonağı olacaq.
G qrupunun iddialı komandalarından "Yuventus" Kiyevdə "Dinamo" ilə, "Barselona" isə İspaniyada Macarıstan "Ferentsvaroş"u ilə üz-üzə gələcək.
Qeyd edək ki, qrup mərhələsinin digər oyunlar oktyabrın 21-də olacaq.