SON DƏQİQƏ

Mahirdən 3-cü QOL

Tarix:

12-07-2025, 22:40

/ 2 854 dəfə oxundu.
Mahirdən 3-cü QOL

Mahir Emreli "Kayzerslautern" forması ilə növbəti oyununu keçirib.
Onun komandası yoxlama oyununda "Notts Kaunti" ilə qarşılaşıb. "Kayzerslautern" bu görüşdən 4:0 hesablı qələbə ilə ayrılıb.
Mahir Emreli komandasının 3-cü qolunun müəllifi olub. O, yeni komandasında ümumilikdə də 3-cü qolunu vurub.
Qeyd edək ki, "Nürnberq"dən ayrılan Azərbaycan yığmasının hücumçusu azad agent kimi ötən ay "Kayzerslautern"ə qoşulub. 
скачать dle 12.1

Şərhlər