SON DƏQİQƏ

“Barselona”da ciddi itki

Tarix:

21-04-2025, 18:12

/ 3 530 dəfə oxundu.
“Barselona”da ciddi itki

İspaniyanın “Barselona” klubunun heyətində ciddi itki baş verib.
GunAz.az xəbər verir ki, La Liqa nəhənginin hücumçusu Robert Levandovski sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Polşalı forvard 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. Levandovski bu müddətdə komandanın vacib oyunlarını buraxmalı olacaq.
36 yaşlı futbolçu İspaniya Kubokunun “Real”la final görüşündə (26 aprel) və “İnter”lə Çempionlar Liqası yarımfinal mərhələsinin ilk matçında (30 aprel) komandaya kömək edə bilməyəcək.
скачать dle 12.1

Şərhlər