SON DƏQİQƏ
» » Möcüzə baş verdi - "Barselona" və "Borussiya" 1/4 finalda!- VİDEO

Möcüzə baş verdi - "Barselona" və "Borussiya" 1/4 finalda!- VİDEO

Tarix:

9-03-2017, 03:00

/ 4 783 dəfə oxundu.
Möcüzə baş verdi - "Barselona" və "Borussiya" 1/4 finalda!- VİDEO


 İspaniya və Almaniyada keçirilmiş qarşılaşmalar məhsuldarlığı ilə diqqət çəkib.

"Barselona" Fransa PSJ-si ilə görüşdə 0:4 hesablı məğlubiyyətin əvəzini çıxmağı bacarıb. Kataloniya təmsilçisi hesabda 3:0 öndə olduğu vaxt qapısında qol görüb. Bundan sonra "Barsa" daha 3 qol vuraraq, möcüzəni gerçəkləşdirib - 6:1. Beləliklə, PSJ mübarizəni dayandırıb.

Dortmund "Borussiya"sı da Portuqaliya "Benfika"sından ilk görüşdəki 0:1 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb. 4:0 hesablı qələbə qazanan Tomas Tuxelin baş məşqçi olduğu komanda lissabonluları darmadağın edib - 4:0. Qollardan 3-nü Pyer-Emerik Obameyanq vurub.

Beləliklə, "Barselona" və Dortmund "Borussiya"sı 1/4 finala yüksəlib. Ötən gün də məhz Almaniya və İspaniya təmsilçiləri - "Bavariya" və "Real Madrid"i bu vəzifənin öhdəsindən gəlib. 

 Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

8 mart

23:45 "Barselona” (İspaniya) – PSJ (Fransa) - 6:1

Qollar: Luis Suares, 3. Layvin Kurzava, 40. Lionel Messi, 48-penalti ilə. Neymar, 88; 90-penalti ilə. Serxi Roberto, 90+5 - Edinson Kavani, 62

Baş hakim: Deniz Aytekin (Almaniya)

İlk oyun – 0:4

23:45 "Borussiya” (Dortmund, Almaniya) – "Benfika” (Portuqaliya) - 4:0

Qol: Pyer-Emerik Obameyanq, 4; 61; 85. Kristian Pulişiç, 59

Baş hakim: Martin Atkinston (İngiltərə)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ