
Türkiyə Superliqasında ikinci tura start verilib.
GunAz.az xəbər verir ki, turun açılış matçında son çempion “Qalatasaray” səfərdə “Konyaspor”un qonağı olub. Rəqibini məğlub edən İstanbul təmsilçisi ardıcıl ikinci qələbəsini qazanıb.
“Konyaspor” - “Qalatasaray” - 1:2
Qollar: Kərəm Aktürkoğlu, 41 (0:1), Oğulcan Ulqun, 45 (1:1), Barış Alper Yılmaz, 59 (1:2)
Bu nəticədən sonra “Qalatasaray” 6 xalla turnir cədvəlində liderdir. “Konyaspor” isə 3 xalla beşinci pillədə qərarlaşıb.