“Qalatasaray”dan növbəti qələbə

“Qalatasaray”dan növbəti qələbə Türkiyə Superliqasında ikinci tura start verilib.
GunAz.az xəbər verir ki, turun açılış matçında son çempion “Qalatasaray” səfərdə “Konyaspor”un qonağı olub. Rəqibini məğlub edən İstanbul təmsilçisi ardıcıl ikinci qələbəsini qazanıb.
“Konyaspor” - “Qalatasaray” - 1:2
Qollar: Kərəm Aktürkoğlu, 41 (0:1), Oğulcan Ulqun, 45 (1:1), Barış Alper Yılmaz, 59 (1:2)
Bu nəticədən sonra “Qalatasaray” 6 xalla turnir cədvəlində liderdir. “Konyaspor” isə 3 xalla beşinci pillədə qərarlaşıb.

скачать dle 12.1
Geri qayıt