SON DƏQİQƏ
» » “Zirə” “Şerif”ə qarşı - Canlı yayım

“Zirə” “Şerif”ə qarşı - Canlı yayım

Tarix:

11-07-2024, 21:12

/ 4 122 dəfə oxundu.
“Zirə” “Şerif”ə qarşı - Canlı yayım

Bu gün "Zirə" Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununu keçirəcək. Matc.az xəbər verir ki, “qartallar” Moldovada "Şerif"in qonağı olacaqlar.
İsveçrəli hakim Alessandro Dudiçin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Komandalar arasındakı cavab qarşılaşması isə iyulun 18-də Bakıda baş tutacaq.
Qeyd edək ki, “Zirə” “Şerif”i mübarizədən kənarlaşdıra bilsə, Avropa Liqasının II təsnifat mərhələsində “Elfsborq” (İsveç) - “Pafos” (Kipr) cütünün qalibi ilə üz-üzə gələcək.
Avropa Liqası
I təsnifat mərhələsi
21:00. "Şerif" - "Zirə"
Hakimlər: Alessandro Dudiç, Paskal Hirzel, Susann Küng, Anojen Kanaqasinqam (İsveçrə)
Tiraspol. "Şerif" stadionu
***
Komandaların start heyətləri açıqlanıb:
“Şerif”: Rəşid Əl-Tumi, Joselin Bexiratçe, Joau Paulu Fernandeş, Sedrik Badolo, Musa Kyabu, İsea Pata, Peter Ademo, Papa Ndiaqa Yade, Lins De Almeyda, Əyyub Allaş, Rəşid Akanbi
Baş məşqçi: Yuri Qura
“Zirə”: Tiaqo Silva, Ruan Renato, İsmayıl İbrahimli, Rüfət Əhmədzadə, Pyer Zebli, Qismət Alıyev, Davit Volkov, İssa Cibrilla, Stefan Aka, Ceyhun Nuriyev, Rafael Utziq
скачать dle 12.1

Şərhlər