SON DƏQİQƏ
» » “Zirə”nin Avropa Liqasındakı rəqibi müəyyənləşir

“Zirə”nin Avropa Liqasındakı rəqibi müəyyənləşir

Tarix:

18-06-2024, 12:03

/ 3 193 dəfə oxundu.
“Zirə”nin Avropa Liqasındakı rəqibi müəyyənləşir

Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılacaq.
GunAz.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycanın bu turnirdəki təmsilçisi “Zirə”nin də rəqibi bəlli olacaq.
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Səpələnməmişlər səbətində yer alan “Zirə”nin potensial rəqibləri aşağıdakılardır:
“Şerif” (Moldova)
“Maribor” (Sloveniya)
“Tobol” (Qazaxıstan)
“Visla” (Polşa)
“Pafos” (Kipr)
“Pakş” (Macarıstan)
Rəşad Sadıqovun komandası ilk matçını iyulun 11-i, cavab görüşünü isə iyulun 18-də keçirəcək.
Azərbaycanı avrokuboklarda təmsil edəcək digər komandalar – “Qarabağ” (ÇL)  və “Sabah”la (KL) “Sumqayıt” (KL) isə mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin püşkü iyunun 19-da atılacaq. Avropa Liqasında da 2-ci mərhələnin püşkatma mərasimi sabah keçiriləcək.скачать dle 12.1

Şərhlər