SON DƏQİQƏ
» » “Qarabağ”ın potensial rəqiblərinin sayı 5-ə düşdü

“Qarabağ”ın potensial rəqiblərinin sayı 5-ə düşdü

Tarix:

20-06-2023, 12:21

/ 2 718 dəfə oxundu.
“Qarabağ”ın potensial rəqiblərinin sayı 5-ə düşdü

Bu gün Çempionlar Liqasında 2023-24 mövsümünün I təsnifat mərhələsinin püşkü atılacaq. 
GunAz.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ”ın da turnirdəki ilk rəqibi müəyyənləşəcək. 
Ağdam təmsilçisi püşkatma zamanı səpələnmişlər sırasında yer alacaq. 
Çünki "Qarabağ” mərhələnin ən yüksək reytinqli ikinci komandasıdır.
Premyer Liqanın qalibinin 14 potensial rəqibindən 13-ü bəllidir. Biri də ilkin mərhələnin qalibi olacaq. Ermənistan çempionu "Urartu” isə UEFA-nın qərarı ilə Azərbaycan təmsilçisinə rəqib ola bilməz.
Səpələnmişlər: "Ferensvaroş” (Macarıstan), "Qarabağ” (Azərbaycan),  "Slovan” (Slovakiya), "Ludoqorets” (Bolqarıstan), "Şerif” (Moldova), BATE (Belarus), "Astana” (Qazaxıstan), "Makkabi” (Hayfa, İsrail), "Jalgiris” (Litva), HIK (Finlandiya), "Flora” (Estoniya), "Şemrok Rovers” (İrlandiya), TNS (Uels), "Olimpiya” (Sloveniya), "Zrinski” (Bosniya və Herseqovina)
Səpələnməmişlər: "Linkoln” (Cəbəllütariq), "Klaksvik” (Farer adaları), İlkin mərhələnin qalibi, "Dinamo” (Tbilisi, Gürcüstan), "Rakuv” (Polşa), "Partizani” (Albaniya), "Haken” (İsveç), "Farul” (Rumıniya), "Valmieras” (Latviya), "Ballkani” (Kosovo), "Larne” (Şimali İrlandiya), "Urartu” (Ermənistan), "Hamrun” (Malta), "Hesperange” (Lüksemburq), "Struga” (Şimali Makedoniya)
Ətraflı
Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-də, cavab görüşləri isə 18-19-da keçiriləcək. 
***
"Qarabağ”ın potensial rəqiblərinin sayı 5-ə düşüb. 
"Linkoln Red İmps” (Cəbəllütariq)
"Rakov” (Polşa)
"Valmiera” (Latviya)

"Larn” (Şimali İrlandiya) 

"Svift”dir (Lüksemburq)
скачать dle 12.1

Şərhlər