SON DƏQİQƏ

Paris Olimpiadası ləğv edilir?

Tarix:

4-07-2024, 11:21

/ 4 141 dəfə oxundu.
Paris Olimpiadası ləğv edilir?

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Paris Olimpiadasının mümkün ləğvi ilə bağlı məlumatla əlaqədar bəyanat yayıb.
GunAz.az-ın məlumatına görə, Fransada parlament seçkisinin birinci turundan sonra kütləvi etiraz aksiyaları fonunda Paris Olimpiyadasının təxirə salınması ilə bağlı yayılan xəbərlərin dezinformasiya olduğu açıqlanıb.
“Bu, açıq-aydın Fransaya, BOK-a və onun prezidentinə və Olimpiya Oyunlarına qarşı davam edən dezinformasiya kampaniyasının bir hissəsidir . Bunun heç bir faktiki əsası yoxdur. BOK prezidenti və bütün Olimpiya Hərəkatı 2024-cü ildə Parisdə keçiriləcək möhtəşəm Olimpiya Oyunlarını səbirsizliklə gözləyir”.
Parisdə keçiriləcək Olimpiya Oyunlarının iyulun 26-da başlaması və avqustun 11-dək davam etməsi planlaşdırılır. (Oxu.az)
скачать dle 12.1

Şərhlər