SON DƏQİQƏ

İngiltərə kubokunun qaydaları dəyişdi

Tarix:

18-04-2024, 21:11

/ 3 370 dəfə oxundu.
İngiltərə kubokunun qaydaları dəyişdi

Növbəti mövsümdən etibarən İngiltərə kubokunda heç-heçə zamanı əlavə oyun olmayacaq.
GunAz.az xəbər verir ki, hazırkı qaydalara əsasən, kubokun 1,2,3 və 4-cü mərhələlərində heç-heçə olarkən daha bir oyun keçirilirdi. 5-ci mərhələdən sonra isə bu qayda 2018-ci ildən yığışdırılmışdı.
Qaydalarda dəyişikliyin əsas səbəbi təqvimin sıxlığıdır. Xüsusilə də avrokuboklarda oyunlara görə komandaların üzərinə əlavə yük düşür.
Daha bir yenilik oyunların keçirilmə vaxtıdır. 5-ci mərhələdən başlayaraq bütün oyunlar həftənin son günlərində oynanılacaq. Kubokun final görüşü isə Premyer Liqanın son turundan əvvəlki bazar günü keçiriləcək.скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ