SON DƏQİQƏ
» » "Qarabağ" "Bayer"ə qarşı: Möcüzə reallaşacaq?

"Qarabağ" "Bayer"ə qarşı: Möcüzə reallaşacaq?

Tarix:

14-03-2024, 09:48

/ 2 600 dəfə oxundu.
"Qarabağ" "Bayer"ə qarşı: Möcüzə reallaşacaq?

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

Azərbaycan təmsilçisi "Qarabağ" da bu mərhələnin cavab matçına çıxacaq. Ağdam klubu Almaniyada "Bayer"in qonağı olacaq. Komandalar arasında Bakıda keçirilən görüşdə 2:2 hesabı qeydə alınıb. Bu məqam cavab matçının gərginliyini artırır.
Təmsilçimiz bu gecə mərhələ adlamağı bacarsa, Azərbaycan futbolu adına daha bir tarix yazacaq.
"Bayer" bu mövsüm Avropada məğlub olmayan yeganə komandadır. Leverkuzenlilər bütün turnirlər daxil olmaqla, 36 oyundur uduzmur.
Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Matçı ingiltərəli məşhur hakim Entoni Teylor idarə edəcək.
Xatırladaq ki, "Bayer"lə "Qarabağ" Avropa Liqasının qrup mərhələsində də rəqib olublar. Komandaların Leverkuzendəki oyununda "Bayer" 5:1, Bakıdakı matçda isə 1:0 hesabı ilə "Qarabağ"a qalib gəlib. "Bayer" qrupdan lider, "Qarabağ" isə 2-ci yerin sahibi kimi çıxıb.
UEFA Avropa Liqası: 1/8 final mərhələsi, cavab oyunu
14 mart
00:00 Bayer - Qarabağ (İlk oyun - 2:2)
Baş hakim: Entoni Teylor.
Leverkuzen, "BayArena".
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ