SON DƏQİQƏ

Mbappe Fransa Kubokunun oyununda zədə alıb

Tarix:

8-02-2024, 14:51

/ 3 853 dəfə oxundu.
Mbappe Fransa Kubokunun oyununda zədə alıb

PSJ-nin 25 yaşlı vingeri Kilian Mbappe Fransa Kubokunun 1/8 final mərhələsinin “Brest”lə ev oyununda (3:1) zədələnib. Oyunun 69-cu dəqiqəsində Mbappe mərkəz müdafiəçisi Lilian Brassierlə kobud mübarizənin qurbanı olub. Buna görə ona ikinci sarı kart göstərilərək meydandan qovulub. Mənbənin sözlərinə görə, Kilian bu epizodda topuğundan zədə alsa da, matçı davam etdirə bilib və final fitinə qədər oynayıb.

PSJ-nin baş məşqçisi Luis Enrike - “Kilian Mbappeyə gəlincə, buna sabah baxarıq. O, topuğundan güclü zərbə alıb. O, meydanda qaldı, yaxşıdır. Həkimlər onu sabah müayinə edəcəklər”, - deyə bildirib.
Qeyd edək ki, fevralın 10-da PSJ Liqa 1-də “Lill”lə ev matçı keçirəcək. Fevralın 14-də parislilər Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununu “Real Sosyedad”la keçirəcək.
скачать dle 12.1

Şərhlər