SON DƏQİQƏ

Mbappe danışıqlardan niyə imtina etdi?

Tarix:

27-07-2023, 12:40

/ 1 635 dəfə oxundu.
Mbappe danışıqlardan niyə imtina etdi?

PSJ-nin ulduz futbolçusu Kilian Mbappe Səudiyyə Ərəbistanına getməyəcək.

Bu barədə "L`Equipe" nəşri yazır. Məlumata görə, "Əl Hilal" klubu Mbappeyə görə PSJ-ə 300 milyon avro təklif edib.

Onlar fransız hücumçu ilə görüşmək üçün Parisə gediblər. Lakin Mbappe "Əl Hilal" rəsmiləri ilə görüşməyib və danışıqlardan imtina edib. Futbolçunun heç vaxt Səudiyyə Ərəbistanı çempionatına keçməyi düşünmədiyi bildirilir.

Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də oynayır. Onun bu yay komandadan ayrılmaq istədiyi və "Real Madrid"lə razılaşması haqda iddialar var.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ