SON DƏQİQƏ

Fenerbahçe son dəqiqələrdə qalib gəldi

Tarix:

25-01-2024, 08:12

/ 3 526 dəfə oxundu.
Fenerbahçe son dəqiqələrdə qalib gəldi

Futbol üzrə Türkiyə Super Liqasında XXII turun növbəti oyunları keçirilib.

İkinci oyun günündə dörd qarşılaşma olub.
Lider "Fənərbağça" "Başakşəhər"in qonağı olub. Matçın taleyini bir qol həll edib. 90+4-cü dəqiqədə Mişi Batşuayinin penaltidən vurduğu qol qonaqlara vacib qələbə qazandırıb. "Başakşəhər"in heyətində iki futbolçu qırmızı vərəqə alaraq meydandan qovulub.
Günün digər oyunlarında "Ankaragücü" "Fateh Karagümrük"ə 2:0, "Antalyaspor" "Sivasspor"a 2:1 hesabı ilə qalib gəlib, "Qaziantep" - "Konyaspor" görüşü isə heç-heçə başa çatıb - 1:1.
Qeyd edək ki, ilk pillədə qərarlaşan "Fənərbağça"nın 57 xalı var. Liderdən 3 xal az toplayan "Qalatasaray" ikincidir. "Trabzonspor" 37 xalla üçüncü, "Beşiktaş" 36 xalla dördüncü pillədə yer alıb.
скачать dle 12.1

Şərhlər